MDB-nin yarandığı gündür - 8 dekabr

Bu gün Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasından 26 il ötür.

Metbuat.az-ın məlumatına görə, Müstəqil Dövlətlər Birliyi – qərargahı Minskdə yerləşən, keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik. Qərargahı Minsk şəhərində yerləşir. İlkin dövrdə 3 dövlət - Rusiya, Ukrayna, Belorusiya tərəfindən qurulan MDB-nin yaradılması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilib. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil ediblər.

Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi. Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəliblər.

Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya edib və MDB-nin tam hüquqlu üzvü olub. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.

MDB-yə daxil olan dövlətlərin əhalisinin sayı 2006-cı ildə 280 mln. nəfərə bərabər olub. Ukrayna 2014-cü ilin mart ayında Rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb. 1993-cü ildə, MDB-nin Nizamnaməsi qəbul edilib. Nizamnamədə dövlətlərin aşağıdakı birgə fəaliyyət sahələri vurğulanır:

İnsan hüquq və azadlıqlarının təmin olunması;

Xarici siyasət fəlaiyyətinin əlaqələndirilməsi;

Ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi;

Əhalinin sağlamlığının və ətraf mühitin qorunması;

Sosial və immiqrasiya siyasəti məsələləri;

Mütəşəkkil cinayətkarlıqla mübarizə;

Müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq.

MDB-nin Nizamnaməsinə görə, təşkilata yeni üzvlərin qəbul edilməsi üzvlərin birgə razılığı ilə əldə edilir.

Günay Elşadqızı / METBUAT.AZ

“Xəzəryanı dövlətlərin ortaq məxrəcə gəlməsi mümkün olub” - Elman Nəsirov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR