Play Store

ABŞ-ın vitse-prezidenti “İstənməyən adam” elan edildi

ABŞ-ın vitse-prezidenti Mike Pence Fələstində “İstənməyən adam” elan edilib.

Metbuat.az-ın məlumatına görə, bunu Fələstinin “Əl-Fətih” təşkilatının yüksək səviyyəli səlahiyyətlilərindən olan Cibril Rakub deyib. Onun sözlərinə görə, Fələstinə gəlmək və Mahmud Abbasla görüşmək istəyən Mike Pence “İstənməyən adam” elan edilib.

Rakub iştirak etdiyi televiziya proqramında deyib: “Fələstin adına bəyan edirəm ki, Trampın köməkçisi Fələstin ərazisində "İstənməyən adam"dır. O, 19 dekabrda Betlehemdə Mahmud Abbasla görüşməyi tələb edirdi, belə bir şey olmayacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

ABŞ "cəhənnəmin qapıları"nı açdı - “Qəzəb cümə”si


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR