Play Store

“ABŞ-ın Türkiyə ilə münasibətləri pozula bilər” - Senatordan xəbərdarlıq

ABŞ-ın Rhode İsland əyalətinin senatoru Şeldon Vaythaus, prezident Donald Trampın Qüds qərarını sərt tənqid edib.

Metbuat.az-ın məlumatına görə, o, bu qərar nəticəsində ABŞ-ın Səudiyyə ƏrəbistanıTürkiyə kimi ölkələrlə əlaqələrinin pozula biləcəyi xəbərdarlığını edib.

“CNN International”da qatıldığı proqramda məsələ ilə bağlı açıqlama verən Vaythaus deyib: “Burada əsas təhlükəli nöqtə, Yaxın Şərqdə hərbi üstünlüyümüz məsələsində hələ də bağlı olduğumuz Türkiyə və bölgədəki ən yaxşı dostumuz olmasına baxmayaraq, Ağ Evin münasibətləri daima geriyə aparmağa çalışdığı Səudiyyə Ərəbistanı ilə əlaqələrimizə mənfi təsir edəcəyini düşünürəm”.

O, Türkiyə və Səudiyyə Ərəbistanının bu qərara etiraz olaraq, bəzi addımlar atacağı halda, bunun ABŞ-ın bölgədəki təsir qabiliyyətinə zərər verə biləcəyini deyib.

Qeyd edək ki, ABŞ prezident Donald Tramp dekabrın 6-da seçki öncəsi platformasında verdiyi sözə görə, Qüdsü İsrailin paytaxtı elan edib və Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüləcəyini qeyd edib. Bu açıqlamadan sonra dünyanın bir çox ölkələri Trampın qərarına etiraz edib. Artıq Fələstin başda olmaqla, bəzi müsəlman ölkələrində Trampa qarşı etiraz aksiyaları keçirilir.

Günay Elşadqızı / METBUAT.AZ

ABŞ "cəhənnəmin qapıları"nı açdı - “Qəzəb cümə”si


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR