"İnstaqram"dan gözlənilməz yenilik

“İnstaqram” sosial şəbəkəsi daha bir yenilik edib.

Metbuat.az xəbər verir ki, “İnstaqram” artıq mesajlaşma (Messenger) xidməti göstərəcək. “Direct from İnstagram “ adını daşıyan tətbiq əsas birbaşa mesaj xidmətini aradan qaldıracaq və ayrıca proqram kimi istifadəçilərə təqdim ediləcək. “Android” və “İOS” cihazları üçün nəzərdə tutulan tətbiq artıq Türkiyədə istifadə edilir.

Qeyd edək ki, dünyanın ən məşhur sosial şəbəkəsi “Facebook” 2011-ci ildə “Messenger” mesajlaşma xidmətini tətbiq etməyə başlayanda, insanlar tərəfindən bir müddət lazımsız hesab edilirdi. İndi isə proqramın istifadəçilərinin sayı durmadan artır. “Facebook messenger” video danışıq, oyun, ödəniş və bir çox özəllikləri ilə insanlara xidmət edir.

"İnstaqram"ın da bu yeniliyi hələlik lazımsız görünür. Ancaq gələcəkdə böyük auditoriya yığacağı güman edilir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR