Play Store

"Kurtlar Vadisi Darbe" serialı ilə bağlı məhkəmə başladı

Bir televiziya proqramında “Kurtlar Vadisi Darbe” serialının FETO terror təşkilatı ilə əlaqəli olduğunu iddia edən şəxslərin məhkəməsinə baxılıb.

Metbuat.az xəbər verir ki, serialın baş rol ifaçısı Necati Şaşmaz atılan iftiralara görə problem yaşadığını bildirib:

"Seriala olunan təhqir və iftiralara görə vəkilim vasitəsi ilə məhkəməyə müraciət etdim. Şikayətçiyəm, atılan iftiralar üzündən serialın yayımlanmasında problemlər yarandı. Dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasını istəyirəm”.

İstanbul Anadolu 60-cı Cəza Məhkəməsinə daxil olan iddianamədə Bircan İpek, Cihad Zembat, Gülşah Saraçoğlu, Nihat Doğan və Ömür Varol müxtəlif tarixlərdə “Kurtlar Vadisi Darbe” serialının ssenarislərinin FETO terror təşkilatından təlimat aldığını iddia ediblər. Həmçinin, onların 15 İyul çevrilişini əvvəlcədən bildiklərini də irəli sürmüşdülər. İddianamədə şübhəlilərin təhqir və iftiraya görə 1 il 9 aydan 8 il 4 aya qədər həbsləri istənilib.

Məhkəmənin bu gün ilk iclası olub. Necati Şaşmaz vəkili Hüseyn Ərsan Alioğlu ilə birlikdə məhkəməyə qatılıb. Şübhəlilər Nihat Doğan, Bircan İpek, Ömür Varol, Cihad Zembat və Gülşah Saraçoğlu isə məhkəməyə gəlməyib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR