Play Store

Bakıda tələbənin dəhşətli taleyi - Futbola baxandan sonra...

Bakıda tələbə oğlanın ölümü ilə nəticələnən hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Metbuat.az xəbər verir ki, Nizami rayonu, Çobanzadə küçəsində ailəsi ilə birgə yaşadığı mənzildə vəfat edən 1997-ci il təvəllüdlü Həsənov Tural Nəbi oğlunun meyiti vanna otağında aşkarlanıb. Onun dəm qazından boğulduğu məlum olub.

Bildirilir ki, dünən gecə saatlarında ailə üzvləri yatandan sonra Tural futbola baxıb. Təxminən bir saat sonra o, duş almaq üçün hamama keçib. Bu gün səhər satlarında valideynləri onun evdə olmadığını, yatağının açılmadığını görüblər. Daha sonra hamamın qapısının arxadan bağlı olduğunu görən Turalın ailə üzvləri vəziyyəti başa düşüb.

Tural Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn Fakültəsinin 4-cü kurs tələbəsi olub. Fakültədən bildirilib ki, 20 yaşlı tələbə yaxşı və əla qiymətlərlə oxuyurmuş. Yüksək balla universitetə qəbul olunan Tural dövlət hesabına təhsil alırmış və fakültədə sakit təbiətli və tərbiyəli tələbə kimi tanınıb. //Azxeber.com

Hər kəs baxır, hansı canlı olduğunu bilən yoxdur - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR