Kaliforniyada 40 min hektar ərazi kül oldu -

Kaliforniyada 4 gün əvvəl başlayan meşə yanğınları davam edir.

Metbuat.az-ın məlumatına görə, güclü külək yanğınların söndürülməsi əməliyyatlarına mane olur.

Los-Anceles yaxınlığındakı ərazini bürüyən yanğın sürəti saatda 145 km-ə çatan küləyin təsiri ilə sürətlə yayılır.Təbii fəlakət 40 min hektar meşə sahəsi və yüzlərlə tikilini sıradan çıxarıb. Çox sayda məktəb bağlanıb.

Qeyd edək ki, yanğınların əmələ gətirdiyi fəsadlar nəticəsində 1 nəfər həyatını itirib. 2 nəfər xəsarət alıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR