Lavrov Tillersonla hansı məsələləri müzakirə edib?

Vyanada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla ABŞ-ın Dövlət katibi Reks Tillerson ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində bir araya gəlib.

Metbuat.az-ın məlumatına görə, 1 saat davam edən görüş zamanı diplomatlar ikili münasibətlərlə yanaşı, regional məsələlərə də toxunub. Suriyada silahlı münaqişəyə son vermək və siyasi prosesin başlanması üçün atıla biləcək addımlar müzakirə edilib.

Ukrayna böhranı ilə bağlı Minsk sazişinin şərtlərinin yerinə yetirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bundan başqa, görüş zamanı Şimali Koreya ilə bağlı gərginlik də gündəmə gətirilib.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR