Play Store

Lavrov:Tillersondan açıqlama tələb etdim - Qüds gərginliyi

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına Rusiyanın Xarici Işlər naziri Sergey Lavrov növbəti dəfə münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, Trampın qərarı Birləşmiş Ştatların hətta son vaxtalara qədər yürütdüyü Yaxın Şərq siyasətinə də ziddir. Onun sözlərinə görə, Qüdsün İsrailin paytaxtı elan edilməsi bütün beynəlxalq anlaşmaları pozur. Bu üzdən Moskva Vaşinqtondan qərarın səbəblərinə aydınlıq gətirməsini gözləyir.

“Mən Reks Tillersondan məsələnin mahiyyətini açıqlamasını istədim. Lakin o mənə birbaşa cavab vermədi”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR