"Rusiya İdlibdə ABŞ-la əməkdaşlıq etməyəcək"

Rusiya Suriyanın İdlib şəhərində ABŞ-la əməkdaşlıq etmək niyyətində deyil.

Metbuat.az-ın məlumatına görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə bəyanatla çıxış edib. O bildirib ki, bu əməkdaşlıq İdlibdə əldə olunan atəşkəsin pozulmasına səbəb ola bilər. Qeyd edək ki, hazırda İdlibdə atəşkəsin riayət olunmasına Türkiyə ordusu nəzarət edir.

Lakin bəzi mənbələrdə ABŞ qüvvələrinin də İdlibdəki məsələlərə daxil olmaq istədiyi irəli sürülüb.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR