Play Store

Bakıda bayram yarmarkalarının sayı artırıldı

Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il münasibətilə bayram yarmarkalarının sayı artırılır.

Bu barədə Metbuat.az-a Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, həmin yarmarkaların sayı 10-a çatıb: "Yarmarkalar əsasən, Yasamal, Nəsimi, Səbail, Nizami, Nərimanov rayonları ərazisində olacaq. Hazırda 10 yerdə yarmarka çadırları quraşdırılıb. Yaxın günlərdə daha 5 yerdə yarmarka çadırı qurulacaq. Yarmarkalar əsasən, metro stansiyalarının qarşısında qurulur".

Xatırladaq ki, ötən həftə Bakıda 6 bayram yarmarkası fəaliyyətə başlayıb. Həmin yarmarkalar metronun "Elmlər Akademiyası, "28 May", "Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "İnşaatçılar" stansiyalarının qarşısında qurulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR