İstanbulda terror aktının qarşısı alınıb

İstanbulda terror aktı hazırlığında olan İŞİD qruplaşmasına məxsus dəstə zərərsizləşdirilib.

Metbuat.az xəbər verir ki, təhlükəsizlik qüvvələri eyni vaxtda şəhərin üç rayonunda antiterror əməliyyatları keçiriblər. Nəticədə dördü əcnəbi ölkə vətəndaşı olmaqla beş nəfər terrorçuluqda şübhəli bilinərək həbs edilib. Onlardan terrorçuluq məqsədilə istifadə olunan xeyli ləvazimat aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR