Apple xeyrxahlığını açıqladı

Apple xeyrxahlığını açıqladı
21:42 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Apple korporasiyası cihazlarının Çin və başqa ölkələrdə istehsalına görə dəfələrlə ABŞ hakimiyyəti tərəfindən tənqidə məruz qalıb. Buna görə Apple ABŞ-da yaradılmış iş yerlərinin sayını qismən nümayiş etdirmək üçün öz rəsmi saytında ayrıca səhifə yaradıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, rəsmi məlumata əsasən, şirkət 1 milyondan çox iş yeri yaradıb, həmçinin tərtibatçılara təxminən 380 min lisenziya verib.
 
Ümumilikdə Apple ötən müddət ərzində tərtibatçılara 25 milyard dollardan çox vəsait ödəyib ki, bu da rekord göstəricidir. 
 
Apple Store pərakəndə ticarət mağazalarının payına təxminən 30 min iş yeri düşür. Apple, həmçinin AppleCare texniki dəstək xidmətinə təxminən 19 min iş yeri ayırıb.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR