Play Store

Terrorçuların qanlı planı üzə çıxdı - Türkiyə ordusuna qarşı...

Türkiyənin sərhədlərini terrorçulardan təmizləmək üçün həyata keçirdiyi “Fərat Qalxanı” hərəkatı bölgədə etibarlılıq və sülhü təmin edib.

Metbuat.az-ın məlumatına görə, hərəkat İdlib əməliyyatı ilə davam edib və münaqişəsiz ərazilər genişlənib. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) YPG nəzarətindəki Afrinə əməliyyat hazırladığı vaxt, İŞİD terrorçularının Cerablusa sızdığı məlum olub.

Bölgədəki hərbi qaynaların verdiyi məlumata görə, YPG, İŞİD-dən aldığı bölgələrdəki terrorçuları “Fərat Qalxanı” bölgəsinə doğru yönləndirib. Kəşfiyyat məlumatına görə, İŞİD terrorçuları bu bölgədə qanlı hücumlar keçirmək üçün hazırlığa başlayıb. Bu səbəbdən bölgədə təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çatdırılıb. Təhlükəsizlik əməkdaşlarından birinin verdiyi məlumata görə, YPG-nin İŞİD-lə razılığı deşifrə olunduqdan sonra, İŞİD terrorçuları Türkiyə Silahlı Qüvvələrinin nəzarətindəki ərazilərdə hücumlar həyata keçirmək üçün hərəkətə keçib.

Əsas məqsəd TSQ-nın zərər görməsi və diqqətini YPG-nin nəzarətindəki Afrindən uzaqlaşdırmasıdır. Təhlükəsizlik qüvvəsinin əməkdaşı bildirib ki, bu planlarla TSQ və təhlükəsizlik qüvvələrinin diqqətinin dağılmasına icazə verilməyəcək.

YPG və İŞİD terror təşkilatının iş birliyinin olduğunu deyən təhlükəsizlik əməkdaşı, Türkiyənin sərhədlərində terror törədilməsi üçün hazırlıqların görülməsinə əsla icazə verilmədiyini qeyd edib. Məlumatda bildirilir ki, terror təşkilatları Türkiyənin Suriyada Rusiya və İranla birlikdə həyata keçirdiyi prosesi pozmaq üçün daima təşəbbüs göstərirlər. Təhlükəsizlik əməkdaşının sözlərinə görə, Suriyada münaqişəsiz ərazilərin böyüməsi və siyasi həllin yaxınlaşması terrorçuların qorxmağına səbəb olub.

Günay Elşadqızı / METBUAT.AZ

Trampın köməkçisi istefa verəcək


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR