Play Store

Həbsxanada dava - 45 nəfər yaralandı

Kolumbiyanın Antioquia inzibati bölgəsindəki Bellavista həbsxanasında qarşıdurma yaşanıb.

Metbuat.az-ın məlumatına görə, nəzarətçilər həbsxana kameralarında silah və içki yoxlaması edən zaman dava düşüb. Xəncər və bıçaqdan istifadə olunan davada 4-ü ağır olmaqla, 45 nəfər yaralanıb.

Məlumata görə, nəzarətçilər axtarış zamanı səbəb olmadan məhkumları döyməyə və bibər qazından istifadə etməyə başlayıblar.

Qeyd edək ki, Kolumbiyanın paytaxtı Baqotadakı həbsxanada ötən ay baş verən qarşıdurmada 20 məhkum və 14 nəzarətçi yaralanmışdı.

Günay Elşadqızı / METBUAT.AZ

Mixeil Saakaşvili saxlanıldı - Kiyevdə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR