İdlibə hava hücumu - 3 uşaq, 2 qadın öldü

Suriyanın İdlib vilayətinin Zarzur kəndinə döyüş təyyarələri ilə hücum olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə İdlib Mülki Müdafiə Xidmətinin rəhbəri Mustafa Hac Yusuf məlumat verib. Məlumatda deyilir ki, axşam saatlarında Zarzur kəndinə rus döyüş təyyarələri tərəfindən hücum edilib. Nəticədə eyni ailədən olan 5 nəfər həlak olub, 3 adam yaralanıb. Onun sözlərinə görə, hava hücumunda ölənlərdən üçü uşaq, ikisi qadındır.

Mustafa Hac Yusuf bildirib ki, axtarış-xilasetmə işləri artıq bitib.

Günay Elşadqızı / METBUAT.AZ

Terrorçuların qanlı planı üzə çıxdı - Türkiyə ordusuna qarşı...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR