Play Store

Qüds qərarına görə etirazlar davam edir - 1100 nəfər xəsarət alıb

ABŞ prezidenti Donald Trampın Qüds qərarından sonra İordan çayının qərb sahilinin müxtəlif rayonlarında keçirilən etiraz aksiyaları zamanı 1100 nəfər xəsarət alıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gün Qüds qərarı səbəbindən Fələstində "qəzəb günü" keçiriblər. Nəticədə İsrail polisi ilə toqquşma baş verib. Fələstinin Qızıl Ay Cəmiyyətinin məlumatına görə, 767 nəfərin zərər çəkib.

İsrail hərbçilərinin sözlərinə görə isə, İordan çayının qərb sahilində, Qəzza sektoru ilə sərhəddə qeydə alınan iğtişaşlarda 7500 nəfər iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR