Azərbaycanın RO-RO tipli gəmisi ilə ilk dəfə Kurık limanından yük və minik avtomobilləri göndərilib

Azərbaycanın RO-RO tipli gəmisi ilə ilk dəfə Kurık limanından yük və minik avtomobilləri göndərilib
15:52 9 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ Qazaxıstanın Kurık limanından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus Ro-RO tipli “Bəstəkar Qara Qarayev” gəmisi ilə ilk dəfə minik və yük avtomobilləri yola salınıb.
“Report” quruma istinadən xəbər verir ki, RO-RO tipli gəmi göyərtəsinə 27 TIR, 1 minik avtomobili və 30 sərnişin qəbul edib. Gəmi Bakı Beynəlxalq Dəniz Ticarət Limanına sabah çatacaq.
Qeyd edək ki, uzunluğu 125,25, eni 16,22 metr olan Gəmiçiliyin Dəniz Nəqliyyat Donanmasına məxsus “Bəstəkar Qara Qarayev” gəmisinin yükgötürmə qabiliyyəti 3463 tondur.
Bundan əvvəl Kurık limanından yalnız vaqonların yüklənməsi mümkün idi. Ro-Ro tipli gəmilər üçün yeni yanalma körpüsünün istifadəyə verilməsi isə TIR və minik avtomobillərinin də daşınmasına şərait yaradıb.
Liman rəsmilərinin sözlərinə görə, yeni körpü ildə 2 milyona yaxın əlavə yük göndərməyə imkan verir.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanin-ro-ro-tipli-gemisi-ile-ilk-defe-kurik-limanindan-yuk-ve-minik-avtomobilleri-gonderilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR