Bütün yeni Subaru-lar... - VİDEO

Bütün yeni Subaru-lar... - VİDEO
21:57 9 Yanvar 2015
157 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ yol təhlükəsizliyi sığorta İnstitutu (IIHS) 2015-ci ilin yeddi Subaru modelinə “Top Safety Pick” reytinqi təqdim edib. Bunlar Legacy, Outback, Forester, BRZ, WRX/STI, Impreza və XV Crosstrek modelləridir.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, IIHS artıq ardıcıl altımcı ildir ki, bütün Subaru modellərinə yüksək təhlükəsizlik reytinqi təqdim edir.
 
Beş model ən yüksək “Top Safety Pick+” reytinqi qazanıb. Bunlar Subaru Forester, Legacy, Outback, Impreza və XV Crosstrek modelləridir. Bu avtomobillər EyeSight Driver Assist opsional sistemlə təchiz ediliblər. Məhz bu sistemin sayəsində modellər üz-üzə toqquşmanın öncədən xəbərdarlıq edilməsi sınaqlarını uğurla keçə biliblər.
 
Texnologiyaya adaptiv kruiz-kontrol, fövqəladə tormozlanma sistemi, hərəkət zolağının hüdudlarından kənara çıxılması haqqında xəbərdarlıq sistemi və avtomobillər, piyadalar və velosipedlər kimi obyektlərin aşkar edilməsi üçün stereokameralar daxildir.
 
Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/video/318154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR