Türkiyə “Akkuyu” AES-i layihəsinin icrasına başlayır

Türkiyə “Akkuyu” AES-i layihəsinin icrasına başlayır
23:39 9 Dekabr 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Mersin əyalətində dekabrın 10-da  “Akkuyu” AES-i layihəsinin işə salınması ilə bağlı təntənəli mərasim keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tədbirdə “Rosatom”un rəhbəri Aleksey Lixaçov və Türkiyənin energetika naziri Berat Albayrak iştirak edəcək.  

 

Məlumata görə, söhbət enerji bloklarının inşasına dair hazırlıq işlərinin başlanmasından gedir.

 

Qeyd edək ki, prezident Vladimir Putin Rusiyanın “Akkuyu” AES-in tikintisinə 22 mlrd. dollar yatırılacağını bəyan etmişdir. 

 

Ankara stansiyanı 2023-cü ildə işə salmaq niyyətindədir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR