Stokholmda Nobel mükafatı laureatları təltif edilib

Stokholmda Nobel mükafatı laureatları təltif edilib
21:37 10 Dekabr 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Stokholmda Nobel mükafatı laureatları təltif edilib.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
Qeyd edilir ki, Stokholmun Konsert zalında 2017-ci il üzrə ədəbiyyat, tibb və ya fiziologiya sahəsində, fizika, kimya, həmçinin Alfred Nobelin xatirəsinə təsis edilmiş iqtisadiyyat üzrə Nobel mükafatlarının təqdim edilməsi başa çatıb.
İsveç kralı XVI Qustav diplom və medalları Britaniya yazıçısı Kadzuo İsiquroya, ABŞ professoru Cefri Holla, Mayk Rosbaşa və Maykl Yanqa, fiziologiya və ya tibb üzrə mükafata sahib olmuş üç fizikə - ABŞ-da işləyən, əslən Almaniyadan olan Rayner Vayssa, həmçinin amerika professorları - Barri Berişə və Kip Torna, kimya sahəsi üzrə mükafat qazanmış, ABŞ-da işləyən Almaniya əsilli Yoahim Franka, Jak Debuşiyə (İsveçrə) və Riçard Hendersenə (Böyük Britaniya), iqtisadiyyat üzrə mükafat qazanmış professor Riçard Talerə (ABŞ) təqdim edib.
Bu il Nobel mükafatlarının hər nominasiya üzrə məbləği 9 milyon İsveç kronu (bir milyon ABŞ dolları) təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/stokholmda-nobel-mukafati-laureatlari-teltif-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR