İngiltərə Premyer Liqası - "Mançester Siti" "Mançester Yunayted"ə qalib gəlib

İngiltərə Premyer Liqası - "Mançester Siti" "Mançester Yunayted"ə qalib gəlib
22:47 10 Dekabr 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində "Old Trafford" stadionunda "Mançester Yunayted" və "Mançester Siti" komandaları qarşılaşıb.
"Report" xəbər verir ki, qarşılaşma Xosep Qvardiolanın baş məşçisi olduğu komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 43-cü dəqiqəsində hesabı "Mançester Siti" açıb - David Silva fərqlənib. Bununla belə, "Mançester Yunayted" fasiləyə qədər hesabı bərabərləşdirib - Markus Raşford komandasının bərabərlik qolunu vurub.
Oyunda qələbə topunu "Mançester Siti"nin oyunçusu vurub. Belə ki, qarşılaşmanın 54-cü dəqiqəsində Nikolas Otamendi matçın həlledici qolunun müəllifi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-premyer-liqasi-mancester-siti-mancester-yunayted-e-qalib-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR