Tərtərdə ağır qəza: 1 ölü, 1 yaralı

Tərtərdə ağır qəza: 1 ölü, 1 yaralı
23:59 10 Dekabr 2017
168 Digər
Ölkə mətbuatı
A- A+

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Tərtər-Bərdə avtomobil yolunun Buruc kəndi ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.

 

Bərdə rayonu, Alaçadırlı kənd sakini Zaur Bəylərovun idarə etdiyi “Land Cruiser” markalı, “90 ZG 909” dövlət nömrə nişanlı  avtomobil Tərtər rayon sakini Quliyev Elşad İrşad oğlunun idarə etdiyi “KİA Rio” markalı “90 VB 893” dövlət nömrə nişanlı avtomobillə toqquşub.

 

Qəza nəticəsində E.Quliyev aldığı yaralardan dünyasını dəyişib, digər sürücü xəstəxanaya yerləşdirilib.  Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR