Estoniyanın XİN rəhbəri Trampı tənqid edərək bu ölkə səfirliyinin Qüdsə köçürülməyəcəyini bildirib

Estoniyanın XİN rəhbəri Trampı tənqid edərək bu ölkə səfirliyinin Qüdsə köçürülməyəcəyini bildirib
01:52 11 Dekabr 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Estoniyanın xarici işlər naziri Sven Mikser ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların İsraildəki Səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarını tənqid edib.
"Report"un məlumatına görə, bu barədə "İnterfax" xəbər verib.
"Biz əvvəlki kimi "iki xalq üçün iki dövlət" siyasətini dəstəkləyirik və Yaxın Şərq konfliktinin həlli yolunda hərəkəti çətinləşdirən istənilən birtərəfli addımları ağıllı və doğru hesab etmirik", - deyə Mikser bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərar ikitərəfli danışıqlar yolu ilə tapılmalıdır.
"Estoniyanın səfirliyi Təl-Əvivdədir və bizim bu şəhərdən (diplomatik korpusu köçürmək- red) köçmək niyyətimiz yoxdur", - deyə o əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/estoniyanin-xi-n-rehberi-trampi-tenqid-ederek-bu-olke-sefirliyinin-qudse-kocurulmeyeceyini-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR