Bakıda ahıl kişini avtomobil vurub

Bakıda ahıl kişini avtomobil vurub
04:42 11 Dekabr 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda ahıl kişini avtomobil vurub.
"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
"Beşmərtəbə dairəsi" kimi tanınan ərazidə müxtəlif bədən xəsarətləri alan 1951-ci il təvəllüdlü Ağayev Seyidağa Hadi oğlunu 90-TH-631 dövlət qeydiyyat nişanlı "London taksisi"nin sürücüsü 1 saylı Kliniki Tibbi Mərkəzə gətirib. 
Yaralı xəstəxananın Reanimasiya Şöbəsinə yerləşdirilib. S.Ağayev ilkin ifadəsində bildirib ki, yolu keçərkən onu avtomobil vurub.
Hadisə barəsində Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-ahil-kisini-avtomobil-vurub67

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR