Almaniyanın XİN rəhbəri Avropa Birləşmiş Ştatları ideyasını dəstəkləyib

Almaniyanın XİN rəhbəri Avropa Birləşmiş Ştatları ideyasını dəstəkləyib
04:52 11 Dekabr 2017
147 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Sosial Demokrat Partiyasının sədri Martin Şultsun 2025-ci ilə qədər Avropa Birləşmiş Ştatlarını yaratmaq ideyasını dəstəkləyib.
"Report" xəbər verir ki, bu barədə "ARD" məlumat yayıb.
"Siyasətçiləri bütün vaxtlar (sonrakı inkişafı görməməkdə- red) tənqid edirlər. Və indi kimdəsə - Martin Şultsda Avropanın sonrakı inkişafının ideyası yaranıb və dərhal hamı ona hücum etdi", - deyə Şultsun partiyadaşı Qabriel bildirib.
Nazirin fikrincə, Avropa bütün dünyada bu qitənin vətəndaşlarının maraqlarının müdafiəçisinə çevrilməlidir. O qeyd edib ki, və bu, hər dövlət özü özü üçün mövcud olduqda mümkün deyil.
"Dünya - Asiya, Latın Amerikası, Afrika dəyişir. Təkcə Avropa azalır. Və əgər biz onların qoşulmasaq, onda uşaqlarımız gələcəyə səs verməkdən məhrum olacaqlar", - deyə Qabriel bildirib.
Daha əvvəl bildirilib ki, almanların əksəriyyəti Avropa Birləşmiş Ştatlarının yaradılması ideyasını rədd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyanin-xi-n-rehberi-avropa-birlesmis-statlari-ideyasini-destekleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR