Bakıda orta yaşlı kişi bıçaqlanıb

Bakıda orta yaşlı kişi bıçaqlanıb
05:27 11 Dekabr 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişi bıçaqlanıb.
"Report" xəbər verir ki, hadisə dekabrın 9-u axşam saatlarında Xəzər rayonunda baş verib.
Belə ki, Bilgəh qəsəbəsində 1984-cü il təvəllüdlü İmanov Amir Fazil oğlu bədənin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. O, bildirib ki, qəsəbə ərazisində tanımadığı şəxslə əlbəyaxa dava edən zaman bıçaqlanıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-orta-yasli-kisi-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR