Batumidə yaşayış binasında partlayış

Batumidə yaşayış binasında partlayış
05:48 11 Dekabr 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Batumi şəhərində 3 mərtəbəli evdə partlayış baş verib.

Publika.az xəbər verir ki, nəticədə ikisi azyaşlı uşaq olmaqla 5 nəfər xəsarət alıb.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisə nəticəsində binaya və yaxınlıqdakı avtomobillərə ziyan dəyib. Xilasedicilər sakinləri təhlükəsiz əraziyə təxliyə edib.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. İnsidentin səbəbləri araşdırılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/223829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR