Bakıda gənc oğlan xalası oğlu tərəfindən "beşbarmaq"la döyülüb

Bakıda gənc oğlan xalası oğlu tərəfindən "beşbarmaq"la döyülüb
06:17 11 Dekabr 2017
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda gənc oğlanı xalası oğlu "beşbarmaq"la döyüb.
"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Zivərbəy Əhmədbəyov küçəsində yerləşən mənzildə 1990-cı il təvəllüdlü Salayev Vüsal Babakişi oğlu xalası oğlu ilə əlbəyaxa dava edib. Dava zamanı V.Salayev "beşbarmaq"la döyülərək xəsarətlər alıb. 
O, xəstəxanaya yerləşdirilib. Həkimlər V.Salayevin vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-genc-oglan-xalasi-oglu-terefinden-besbarmaq-la-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR