Azərbaycan bankları bu ilin ilk 10 ayını 550 mln. manat xalis mənfəətlə başa vurub

Azərbaycan bankları bu ilin ilk 10 ayını 550 mln. manat xalis mənfəətlə başa vurub
09:37 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan banklarının faiz gəlirləri 1 582,3 mln. manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 168,5 mln. manat, faiz xərcləri 740,8 mln. manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 316,9 mln. manat, qeyri-faiz gəlirləri 828,9 mln. manat, qeyri-faiz xərcləri 789,5 mln. manat təşkil edib.
“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Məlumata görə, son nəticədə bank sektorunun xalis əməliyyat mənfəəti 880,9 mln. manat olub. Banklar bunun 309,6 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlarımn yaradılmasına yönəldiblər, digər mənbələrdən isə 3,4 mln. manat gəlir əldə ediblər, 25,1 mln. manat isə mənfəət vergisi ödəyiblər. Bununla da, sektorun 10 aylıq xalis mənfəəti 549,6 mln. manat təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-banklari-bu-ilin-ilk-10-ayini-550-mln-manat-xalis-menfeetle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR