"İçərişəhər" stansiyasında 17 yaşlı gənc relslərin üzərinə yıxılıb

"İçərişəhər" stansiyasında 17 yaşlı gənc relslərin üzərinə yıxılıb
09:42 11 Dekabr 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasında 17 yaşlı gənc relslərin üzərinə yıxılıb.
Bu barədə “Report”a QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib.
N.Paşayev qeyd edib ki, 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relslərin üzərinə yıxılıb: “O, hər hansı xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlaya bilib”.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-ceriseher-stansiyasinda-17-yasli-genc-relslerin-uzerine-yixilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR