Sabunçuda qayın yeznəsini güllələyib

Sabunçuda qayın yeznəsini güllələyib
09:52 11 Dekabr 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda qayın yeznəsinə və onun atasına odlu silahdan atəş açıb.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
Məlumata görə, Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Tanrıverdiyev Vüsal Tufan oğlu Ramana qəsəbəsində yaşayan yeznəsi Rəsulov Anar Vaqif oğlunun yaşadığı evə yollanaraq orada ona ov tüfəngi ilə atəş açıb. A.Rəsulov yaralanıb. Hadisə zamanı evdə olan A.Rəsulovun atasının da xəsarət aldığı bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabuncuda-qayin-yeznesini-gulleleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR