Ermənistanda hərbçi qəza törədib, ölən var

Ermənistanda hərbçi qəza törədib, ölən var
10:22 11 Dekabr 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Ermənistanda hərbçi qəza törədib. 
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Tavuş vilayətinin İcevan şəhərində baş verib.  
Ermənistan Silahlı Qüvvələrinin 21 yaşlı hərbçisi Arsen Kirakosyan idarə etdiyi motoskletlə İcevan şəhər sakini, 51 yaşlı Svetlana Beqlaryanı vuraraq öldürüb.
A.Kirakosyan Ermənistan Müdafiə Nazirliyində müqavilə əsasında hərbi xidmət edir.
Hadisə ilə bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-herbci-qeza-toredib-olen-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR