“Baku Bus” sərnişinlərə müraciət edib

“Baku Bus” sərnişinlərə müraciət edib
10:27 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ bu gün səhər saatlarından etibarən Bakının Şövkət Məmmədov küçəsinin bağlanması ilə əlaqədəar olaraq 3 saylı marşrut xəttinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
“Report” xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin sərnişinlərə müraciətində bildirilir.
Müraciətdə deyilir ki, Atatürk prospekti, Şövkət Məmmədova və Abay Kunanbayev küçələri üzrə hərəkət edən avtobuslar artıq Atatürk prospekti, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov, Süleyman Sani Axundov küçələri ilə öz hərəkətini davam etdirirlər.
“Avtobuslarımız əks istiqamətdə də həmin hərəkət trayektoriyasını izləyir”, - deyə açıqlamada qeyd olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baku-bus-sernisinlere-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR