Səlim Müslümov: "Əlilliyi olan şəxslərdən 10 faizə yaxını işləyir"

Səlim Müslümov: "Əlilliyi olan şəxslərdən 10 faizə yaxını işləyir"
11:07 11 Dekabr 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ "Azərbaycanda əlilliyi olan 624 min şəxsin təxminən 3 min nəfəri əmək qabiliyyətlidir. Onların isə 10 faizə yaxını işləyir".
"Report" xəbər verir­ ki, bunu əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov "Əlilliyi olan şəx­slərin məşğulluq imka­nlarının artırılmasın­a dəstək" layihəsinin ­təqdimatında deyib.
O bildirib ki, əlillərin məşğulluğunun təmin edilməsi əmək bazarının onlar üçün uyğunlaşdırılmasından asılıdır və bunun üçün  qanunvericiliyin təkmilləşdirilməsi vacibdir: "Əlillərin hüquqlarının müdafiəsi haqqında yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi artıq Nazirlər Kabineti tərəfindən Prezident Administrasiyasına təqdim olunub".
Nazir deyib ki, BP şirkəti "Əlilliyi olan şəx­slərin məşğulluq imka­nlarının artırılmasın­a dəstək" layihəsini ilə bir ildə 100 nəfər əlilliyi olan şəxsin xüsusi peşəyə, təhsilə yiyələnməsi öhdəliyini üzərinə götürür: "Bunun üçün 488 min manat vəsait ayırır".

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/selim-muslum-ov-elilliyi-olan-sexslerden-10-faize-yaxini-isleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR