NASA astronavtı xanım Haydi Payper Bakıdadır

NASA astronavtı xanım Haydi Payper Bakıdadır
11:07 11 Dekabr 2017
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr.  REPORT.AZ/ “Mən ötən həftə Gürcüstanda oldum, dünən isə Azərbaycana gəlmişəm. Təşkilatçılar qərara aldı ki, Gürcüstandan təyarə ilə deyil, avtomobillə gəlim. Bununla da mən ölkənin bir çox yerlərini görmək imkanı əldə etdim”. 
“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən dəyirmi masada NASA astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı xanım Haydi Payper (Heide Piperi) deyib.
Onun sözlərinə görə, rus dilini bilməsi ona ruslarla birgə kosmosa uçmasına yardım edə bilər: “Əlbəttə ruslarla uçmağa biz hər zaman açığıq. Mənim olduğum gəmidə ruslar olmasa da,  digər astronavtlar ruslarla uçurlar”.
Astronavt həmçinin Marsa uçmağı arzuladığı deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/nasa-astronavti-xanim-haydi-payper-bakidadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR