NASA astronavtı: "Ümid edirəm ki, müharibələr NASA-nın əsas işinə çevrilməyəcək"

NASA astronavtı: "Ümid edirəm ki, müharibələr NASA-nın əsas işinə çevrilməyəcək"
11:17 11 Dekabr 2017
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Dünyada qadın astronavtların sayı kişilərə nisbətən azdır. Bu da NASA-nın əsas tələblərindən biri olan texniki təhsillə bağlıdır. Təəssüf ki, qadınlar bir çox hallarda texniki sahədən uzaq olur.
“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən dəyirmi masada NASA astronavtı, “Space Shuttle” ekipajının üzvü və Donanma kapitanı xanım Haydi Payperi (Heide Piperi) deyib.
H.Payper açıq kosmosda nə fikirləşməsi barədə suala belə cavab verib: “Təxminən 33 saat açıq kosmosda olmuşam. Amma kosmonavtın vaxtı olmur ki, nə haqdasa düşünsün. Bizim sıx cədvəlimiz olur. Onunla məşğul oluruq. Təbii ki, müəyyən boş vaxtımız olur. Onda da ətrafa baxanda mavi kürə görürsən”
Astronavt ulduz müharibələri ideyasına da münasibət bildirib: “NASA hərbi təşkilat kimi deyil, mülki struktur kimi yaradılıb. Bizim hərbi rütbələrimiz olsa da, hərbçi deyilik. NASA-nın işi tədqiqat aparmaq və öyrənməkdir. Ümid edirəm ki, müharibələr NASA-nın əsas işinə çevrilməyəcək və Hollivuddakı kimi ulduz müharibələri baş verməyəcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/nasa-astronavti-umid-edirem-ki-muharibeler-nasa-nin-esas-isine-cevrilmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR