Orxan Nadirov polis nəzarətinə verilib

Orxan Nadirov polis nəzarətinə verilib
11:17 11 Dekabr 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Barəsində cinayət işi başlanmış mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb.
“Report”un xəbərinə görə, onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dekabrın 8-də Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olub.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında dünyasını dəyişib. O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/orxan-nadirov-polis-nezaretine-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR