Bakıda gürcü rəssamların kukla sərgisi keçiriləcək

Bakıda gürcü rəssamların kukla sərgisi keçiriləcək
12:52 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin İncəsənət Qalereyasında gürcü rəssamların "Mələyin qanadları altında" adlı kukla sərgisi keçiriləcək.
Bu barədə "Report" Muzey Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir.
Ekspozisiya Yeni il bayramına həsr olunub və ziyarətçilər üçün dekabrın 15-də açılacaq. Sərgidə 32 gürcü rəssamın əl işi təqdim olunacaq.
Həmçinin sərgi çərçivəsində gürcü rəssam Baçana Xalvaşinin Bakı Marionet Teatrının "Leyli və Məcnun" tamaşası üçün hazırlanmış kuklaları təqdim olunacaq.
Qeyd edək ki, sərgidə göstəriləcək əsərlər kukla sənətinin müxtəlif janrlarına - bədii kuklalar, kiçik heykəltəraşlıq, marionetlər və suvenir kuklalar janrlarına aiddirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/bakida-gurcu-ressamlarin-kukla-sergisi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR