BANM-də “School of Project Management”in yeni qrupunun açılışı olub

BANM-də “School of Project Management”in yeni qrupunun açılışı olub
13:02 11 Dekabr 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti, ABŞ-in Corc Vaşinqton universiteti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən Layihələri İdarəetmə Məktəbi növbəti – “Stream 18” qrupunun təqdimat mərasimiolub.
Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. 
Tədbirə BANM-in rektoru Elmar Qasımov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin I müavini Teyyub Cabbarov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov, “Azərsu” ASC-nin Aparat rəhbəri Möhsün Quliyev və yeni qrupun müxtəlif aparıcı şirkətlərdən olan iştirakçıları qatılıb.
Açılışı BANM-in rektoru Elmar Qasımov edərək, gələn qonaqları və yeni qrupun iştirakçılarını salamlayıb, Ali Məktəbin və Layihələri İdarəetmə Məktəbinin uğurlu fəaliyyətindən danışıb. 
Tədbirdə qonaq qismində çıxış edən Teyyub Cabbarov, Bəxtiyar Aslanbəyli və Asif Şəfəqqətov Layihələri İdarəetmə Məktəbinin bu sahə üzrə mütəxəssis hazırlığında böyük rola malik olduğunu bildirib və iştirakçılara uğurlar arzu ediblər.
Görüşün sonuna yaxın isə “Stream 18” qrupunun iştirakçıları özlərini təqdim edərək, təmsil etdikləri şirkət və həmin şirkətdə rolları haqda məlumat veriblər. Proqramda SOCAR Baş ofis, Azərsu, BP, CBMC, CNFA, Ernst&Young, Neftqaztikinti, Azərkimya, Azneft İB, Worley Parsons kimi şirkətlərin əməkdaşları iştirak edir.
Qeyd edək ki, Layihələri İdarəetmə Məktəbi son bir il ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərin böyük marağına çevrilib. Şirkətlər öz seçilmiş mütəxəssislərinin ixtisasartırması haqda düşünərkən üstünlüyü məhz Layihə İdarəetmə Məktəbinə verir. Burada proqramın iştirakçıları Layihələrin İdarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Proqramını keçir və proqramı uğurla başa vuranlar həmin universitetinin Magistr Sertifikatı ilə təltif edilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/banm-de-school-of-project-management-in-yeni-qrupunun-acilisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR