Erməni deputat Azərbaycan ərazisində qəzaya düşdü

Erməni deputat Azərbaycan ərazisində qəzaya düşdü
13:05 11 Dekabr 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan parlamentinin deputatı Karen Bekaryan qəzaya düşüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə kriminal xronika saytı shamshyan.com məlumat yayıb.

Qeyd olunur ki, bir gün əvvəl işğal edilmiş Dağlıq Qarabağda ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 14:20-də Berdzor - Qoris avtomagistralının 15-ci kilometrliyində "Nissan March" və "Mercedes" markalı maşınlar toqquşub.

Məlum olub ki, "Mercedes" Ermənistan parlamentinin balansında qeydiyyatdadır və deputat Karen Bekaryana xidmət edir. Qəza baş verərkən o da maşında olub və yüngül xəsarət alıb. Deputat müayinə üçün Yerevandakı tibb müəssisələrindən birinə yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/606937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR