Heydər Əliyevin xatirəsi Berlində yad edilib

Heydər Əliyevin xatirəsi Berlində yad edilib
13:52 11 Dekabr 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/  Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Səfirlikdən "Report" verilən məlumata görə, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Ulu Öndərin büstü önünə əklil qoyub və tədbir iştirakçıları Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Daha sonra Səfir Ramin Həsənov Ulu Öndərin həyat yolundan, dövlətimiz və xalqımız qarşısındakı unudulmaz xidmətlərindən bəhs edən məruzə ilə çıxış edib. O, öz çıxışında Heydər Əliyevin keçdiyi həyat yolunun dövrlərinə nəzər salıb, Ulu Öndərin hər bir dövrdə Azərbaycanın inkişafı və rifahına mühüm töhfələr verdiyini bildirib.
Səfir Ramin Həsənov mürəkkəb siyasi proseslərin cərəyan etdiyi və Ermənistanın hərbi işğalı ilə üzləşdiyimiz bir zamanda Azərbaycanın təlatümlərdən və fəlakətlərdən xilas edilməsinin Heydər Əliyevin müdrikliyi nəticəsində mümkün olduğunu iştirakçıların diqqətinə çatdırıb və ölkəmizin bugünkü uğurlarına görə məhz Heydər Əliyevə borclu olduğunu vurğulayıb. O, Heydər Əliyevin müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və iqtisadi inkişafın əsasını qoyduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hal-hazırda da uğurla davam etdirilən bu siyasətin ölkəmizi regionun lider dövlətinə çevirdiyini bildirib.
Tədbirin sonunda Ulu Öndərin vəfat günü ilə əlaqədar ehsan süfrəsi açılıb.
Tədbirdə Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, Almaniyanın elmi və ictimai dairələrinin təmsilçiləri, Almaniyada təhsil alan tələbələr və gənc tədqiqatçılar, Səfirliyin əməkdaşları iştirak ediblər.





Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/heyder-eliyevin-xatiresi-berlinde-yad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR