Ulu öndər haqqında film

Ulu öndər haqqında film
14:08 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

“CinemaPlus”da Dahi Lider haqqında film nümayiş olunacaq.

Publika.az xəbər verir ki, Premium kinoteatrı “CinemaPlus” Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümü münasibətilə, 28 Mall TM-də “Xüsusi təyinat” qısametrajlı sənədli filminin nümayişini keçirəcək.

“Xüsusi təyinat” xalq artisti, əməkdar incəsənət xadimi, rejissor Vaqif Mustafayevin Dahi Lider haqqında çəkdiyi onuncu filmdir. Bu film bir növ tarixə səyahətdir. Yeni ekran əsərində Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuş Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyətindən bəhs edilir. Film dekabr ayının 12-də saat 11:00-da nümayiş olunacaq.

Giriş sərbəstdir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/223879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR