Amerikalı professor: "Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət göstərmək lazımdır"

Amerikalı professor: "Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət göstərmək lazımdır"
14:17 11 Dekabr 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində beynəlxalq hüquq məsələsi aydındır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı professor Ceyms Kveil Tərtərdə məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbəyə səfəri zamanı deyib.
"Azərbaycan hökumətinin məcburi köçkünlər üçün yaratdığı şəraitlə yerində tanış oldum və bu, inanılmazdır. Hətta ABŞ-da yaşadığım yerdə belə bir məktəbin olmasını istərdim", - politoloq bildirib.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan C.Kveil qeyd edib ki, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət göstərmək lazımdır.
O, münaqişənin həllinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, kiminsə öz müqəddəratını təyin etmək arzusu yaranırsa, bu məsələ ilə yalnız yaşadıqları ölkənin rəhbərliyinə müraciət etməlidirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/amerikali-professor-olkelerin-erazi-butovluyu-ve-suverenliyine-hormet-gostermek-lazimdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR