“Bakı İnşaat Sənaye” səhmdarlarına dividend ödəyəcək

“Bakı İnşaat Sənaye” səhmdarlarına dividend ödəyəcək
14:37 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Polad boru istehsalı ilə məşğul olan “Bakı İnşaat Sənaye” ASC 2016-cı ildəki fəaliyyətinin yekunu olaraq səhmdarlarına dividend ödəməyə qərar verib.
“Report” xəbər verir ki, müəssisənin 260 726 manatlıq nizamnamə kapitalını formalaşdıran, hər birinin nominal dəyəri 2 manat olan 130 363 ədəd səhmin hər birinə 0,58 manat, yəni ümumilikdə 75 610,54 manat dividend ödəniləcək.
Xatırladaq ki, “Bakı İnşaat Sənaye” ASC 2004-cü ildə yaradılıb, paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində fəaliyyət göstərir. Şirkətin səhmlərinin 61,4323%-i Loğman Zülfüqarlıya, 31,4261%-i Nurəddin Zülfüqarlıya, 7,1416%-i isə 89 fiziki şəxsə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/baki-i-nsaat-senaye-sehmdarlarina-dividend-odeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR