Məhsullarında virus aşkarlanan şirkətin Azərbaycan təmsilçiliyindən AÇIQLAMA

Məhsullarında virus aşkarlanan şirkətin Azərbaycan təmsilçiliyindən AÇIQLAMA
14:48 11 Dekabr 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransanın məşhur “Lactalis” şirkəti salmonella virusu qorxusu ilə bəzi uşaq südü məhsullarını geri qaytarıb. Şirkətin Azərbaycandakı təmsilçisi olan "Lactalis Caspi" MMC ölkəmizə idxal edilən məhsullarda virus təhlükəsinin olub-olmamasında aydınlıq gətirib.

MMC-dən Publika.az-a verilən məlumatda, belə bir xəbərdarlığın olmadığı bildirilib:

“Məhsullar Azərbaycana gətiriləndə yoxlanılır və standartlara uyğun olub-olmaması müəyyən edilir. Yalnız bundan sonra məhsulların ölkəyə gətirilməsinə razılıq verilir. Lakin şirkət məhsullarında salmonella virusunun aşkar edilməsi barədə təmsilçi olaraq bizə şirkətdən heç bir məlumat verilməyib”.

Azərbaycanda “Lactalis” şirkətinin “Prezident qalvani” “Lakbel” “Bribel” adlı məhsulları ölkəmizdə satışdadır.

Gülxar

Uşaq yeməklərində VİRUS TƏHLÜKƏSİ - Şirkət HƏRƏKƏTƏ KEÇDİ


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/223887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR