Vergilər Nazirliyi sahibkarlara müraciət edib

Vergilər Nazirliyi sahibkarlara müraciət edib
15:02 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Yanvarın 1-dən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim etməlidir.
“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin vergi ödəyicilərinə müraciətində bildirilir.
Məlumatda deyilir ki, Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicinin vəzifələrinə aid edilib. “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları” Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilir.
Elektron qaimə-faktura oflayn rejimdə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə elektron qaydada tərtib edilərək və yaxud lazımi proqramlardan istifadə edilməklə oflayn rejimdə tərtib edilkdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir.
“Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır.
Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə isə 40%-i qədər maliyyə sanksiyası tətbiq edilir.
Fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməyiniz tövsiyə olunur.
Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz” – deyə nazirlik bəyan edib.  

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vergiler-nazirliyi-sahibkarlara-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR