Türkiyənin məşhur aktyoru qətlə yetirildi - Azərbaycanda da sevilirdi

Türkiyənin məşhur aktyoru qətlə yetirildi - Azərbaycanda da sevilirdi
15:33 11 Dekabr 2017
138 Dünya
Ölkə mətbuatı
A- A+

Bir zamanlar ölkəmizdə də maraqla izlənən, Türkiyədə lentə alınan “Gümüş” serialının rejissoru Mustafa Kamal Uzun qətlə yetirilib.

Publika.az xəbər verir ki, rejissor Şile qəsəbəsindəki yaşadığı evində ölü halda tapılıb.

Cinayəti törədən şəxs Kamal Uzunu başından beyzbol taxtası ilə, kürək nayihəsindən isə bıçaqla vurub. Daha sonra rejissorun telefon və pulqabısını və avtomobilini götürərək hadisə yerindən uzaqlaşıb.

Polis dərhal hərəkət keçib və təhlükəsizlik kameraları sayəsində cinayəti törədən şəxsi yaxalayaraq həbs edib.

49 film və serialın rejissorluğunu edən Mustafa Kamal 3 filmin də ssenarisini yazıb. 4 filmdə isə aktyor kimi kameralar önünə keçib.

O, milli və beynəlxalq kino sahəsində “2005 İlin rejissoru” (“Gümüş” serialı), “MBC Oscars”ın “2008 Ən yaxşı türk rejissor”u (“Gümüş” serialı), “2002 Ən yaxşı film” (Hasankeyfin Sessiz Çığlığı) kimi 8 məşhur mükafatın laureatı olub.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/223891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR