Azərbaycanlı milyarder bir gecədə 800 milyon qazandı

Azərbaycanlı milyarder bir gecədə 800 milyon qazandı
22:27 9 Yanvar 2015
391 Sosial
Ölkə mətbuatı
A- A+

Dünyanın 200 varlı insanı arasında yer alan rusiyalı 14 milyarder 1 gecədə 3,8 milyard dollar qazanıb.

Axar.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, gəlir əldə edənlərin siyahısına azərbaycanlı milyarder, “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov başçılıq edir.

Azərbaycanlı milyarder yanvarin 8-də 778,7 milyon dollar qazanıb. Ötən gecə ən az qazanan milyarder isə Viktor Vekselberqdir. O, qeyd edilən vaxt cəmi 49,2 milyon dollar əldə edib.

Digər 14 milyarderdən fərql olaraq Andrey Melniçenkonun adı itirənlər siyahısındadır. Dünya milyarderləri sırasında 132-ci olan 9,1 milyard dollarlıq sərvətə malik A.Melniçenko 24 saat ərzində 31,7 milyon dollar itirib.

Xatırladaq ki, yanvarın 8-də 200 milyarder ümumilikdə 42,5 milyard dollar qazanıblar. Siyahıya 1,8 milyard dollarlıq qazancla ispaniyalı Amansio Orteqa rəhbərlik edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR