Nikaha girmək istəyərkən xəstə olduqlarını öyrəndilər və... - AZƏRBAYCANDA

Nikaha girmək istəyərkən xəstə olduqlarını öyrəndilər və... - AZƏRBAYCANDA
15:48 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bu ilin noyabr ayı ərzində nikahdan əvvəl tibbi müayinədən keçən 3 cütlükdə talassemiya daşıyıcılığı aşkar edilib.

Bu barədə Publika.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan məlumat verilib.

Məlumatda bildirilib ki, daşıyıcılıq aşkarlanan cütlüklərə gələcəkdə uşaqlarda aşkarlana biləcək xəstəlik və daşıyıcılıq riski barədə məlumat verilib.

İnstitutdan bildirilib ki, noyabr ayı ərzində ümumilikdə 10738 nəfər müayinədən keçib. 325 nəfərdə talassemiya daşıyıcılığı, 18 nəfərdə siflis, 11 nəfərdə QİÇS aşkarlanıb.

Bu il ərzində ümumilikdə 127173 nəfər müayinədən keçib. Onların 13794 nəfərində talassemi daşıyıcılığı, 422-də siflis, 103 nəfərdə QİÇS aşkarlanıb. 38 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyən edilib.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqlənməsi ilə əlaqədar 2015-ci il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçmələri məcburiləşdirilib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/223893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR